Madam Tüsso muzeyi
Madam Tüsso (ing. Madame Tussauds) — Məşhur mum heykəllər muzeyi. Muzey Mariya Tüsso tərəfindən 1777-ci ildə yaradılmışdır və ilk mum fiquru Voltereə məxsus olmuşdur.
Həmçinin, burada bir çox Hollivud ulduzlarının : Ancelina Coli, Tom Kruz, Orlando Blum, Bred Pitt, Leonardo DiKaprio, Cennifer Lourens, Odri Hepbern və s.; bir çox populyar ulduzlarının : The Beatles, Maykl Cekson, Beyons, Ledi Qaqa, Castin Timberleyk, Madonna; məşhur futbolçuların : Zinəddin Zidan, Devid Bekhem, Kriştiano Ronaldo, Lionel Messi və s. məşhur insanların mum fiqurları var.
Madam Tüsso muzeyinin hal-hazırda bir çox şəhərlərdə filialları var. Buna Honq-Konq, London, Amsterdam, Berlin və digər şəhərlər aiddir. Bu muzeyin yaradılması Madam Tüsso (Madame Tussauds) ilə bağlıdır. O, mum heykəllər hazırlayaraq sərgilər keçirirdi ki, bu da müasir Madam Tüsso muzeylərinin yaranmasına səbəb olmuşdur.
Muzeydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mumdan hazırlanmış heykəl-fiquru da müxtəlif ölkələrin və epoxaların görkəmli dövlət xadimləri və siyasətçilərinin fiqurları sırasında öz fəxri yerini tutmuşdur.